AZ

Azərbaycanlı gənc rəssam: Qonaqlar Şahbulaq qalası haqqında soruşurlar

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən çoxsaylı tədbirlərdə Azərbaycan yaradıcı fəaliyyəti, milli incəsənəti və mədəni irsi ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, WUF13-də Azərbaycan mədəniyyətini təmsil edənlərdən biri də gənc rəssam Elvin Muradzadədir. O, Ağdamda yerləşən Şahbulaq qalasının rəsmini çəkir. Uşaqlıqdan rəssamlıqla məşğul olduğunu bildirən Elvin Muradzadə qeyd edib ki, qonaqlar qalanın harada yerləşməsi ilə bağlı maraqlanırlar.

“Artıq üç gündür bu rəsm üzərində işləyirəm. Xarici qonaqlar rəsmdə təsvir olunan məkanın harada yerləşdiyini soruşur, Azərbaycan haqqında maraqlanırlar”,- deyə o bildirib.

Rəssam tədbir çərçivəsində xarici qonaqlara öz əsərlərini təqdim etməyin onun üçün böyük təcrübə olduğunu vurğulayıb.

“Burada həm xarici qonaqların, həm də yerli insanların fikirlərini öyrənmək olduqca xoşdur”, – deyə Elvin Muradzadə əlavə edib.

 Xəbər- Aytən Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
azertag.az

1Mənbələr