AZ

Dünyada 304 milyon beynəlxalq miqrant mövcuddur

Hazırda dünyada 304 milyon beynəlxalq miqrant mövcuddur. Bu isə dünya əhalisinin təxminən 3,7 faizini təşkil edir. Bunu Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Əməliyyatlar üzrə Baş direktor müavini Uqoçi Daniels deyib.

Onların iqtisadi və sosial töhfələri isə yalnız say göstəricilərindən qat-qat böyükdür. Eyni zamanda dünya sürətlə urbanizasiya olunur. Hazırda dünya əhalisinin 55 faizdən çoxu şəhərlərdə yaşayır və bu göstəricinin gələcəkdə 68 faizə yüksələcəyi gözlənilir. Məhz buna görə də Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) olaraq Azərbaycanın Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığımız bizim üçün çox əhəmiyyətlidir. Çünki şəhərləri miqrasiya idarəçiliyinin ön cəbhəsinə çevirən tendensiyaların şahidi oluruq. Miqrantlar əsasən iş yerlərinin, xidmətlərin, imkanların və sosial əlaqələrin cəmləşdiyi şəhərlərdə məskunlaşırlar",- o vurğulayıb.

O əlavə edib ki, Şəhərlərin inkişafı bərabər şəkildə baş vermir. Bu gün 1,1 milyarddan çox insan qeyri-kafi yaşayış şəraitində yaşayır, təxminən 3 milyard insan isə müxtəlif formalarda mənzil təhlükəsizliyi problemi ilə üzləşir. Buna görə də Dünya Şəhər Forumunun 13-cü sessiyasının “Dünyanın təhlükəsiz və dayanıqlı şəhərləri və icmaları üçün mənzil təminatı” mövzusu çox aktual və vacibdir. Mənzil yalnız sığınacaq demək deyil. O, inklüzivliyin, dayanıqlığın və ləyaqətli həyatın təməlidir.

Aytac Zeynalova

Seçilən
1
1
anews.az

2Mənbələr