ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Üzücü haldır ki, əlbəyaxa dava oldu. İstəyirəm ki, bölgə futbolu inkişaf etsin”.
Bu sözləri “Ağstafa Gəncləri”nin baş məşqçisi Şahin Kərimov mayın 17-də keçirilən “Kür-Araz” - “Araz Saatlı” oyununda baş verən qarşıdurma və əlbəyaxa dava ilə bağlı açıqlama verərkən deyib.
O bildirib ki, AFFA-nın İntizam Komitəsi qanun nədisə, ona uyğun qərar verəcək.
“Hadisələrin axarını gözləyək. Heç kim sonuncu olmaq istəməz. Ümid edək ki, ən obyektiv qərarı verəcəklər. İntizam Komitəsi qanun nədisə, ona uyğun qərar verəcək. Biz də dava olmasını istəmirik. Bölgə futbolu inkişaf etsin. Üzücü haldı ki, əlbəyaxa döyüş oldu. Bu Azərbaycan futbolu adına ləkədi. Dünya gördü ki, Azərbaycan futbolu nə vəziyyətdədi”, - deyə o football-plus.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, matçın final fiti səslənmədiyi üçün oyun tamamlanmış sayılmır. Dava başlayana qədər Saatlı təmsilçisi 0:3 məğlub olurdu. Təhlükəsizlik lazımi səviyyədə təmin olunmadığına görə meydan sahibi “Kür-Araz”ın texniki məğlubiyyət alması da mümkündü. Bu nəticə “Ağstafa Gəncləri” üçün arzuolunmazdır. Belə ki, komandanın 24 xalı var və 11-ci pillədə qərarlaşıb. “Kür-Araz”ın texniki məğlubiyyət alması 12-ci pillədə olan “Araz Saatlı”nın aktivinə üç xal yazacaq və komanda 27 xalla doqquzuncu pilləyə qalxacaq və İkinci liqanı tərketmə zonasından uzaqlaşacaq. Onun pilləsinə isə “Ağstafa Gəncləri” enəcək.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.