ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
2026-cı il mayın 18-də Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı tarixi-mədəni irsin, qədim şəhərsalma ənənələrinin və milli memarlığın saxlanması və qorunmasından bəhs edir. Dövlət rəhbərinin “Biz yalnız musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq” fikri Azərbaycanın milli kimliyinin və mədəni yaddaşının memarlıq nümunələrində necə yaşadığı bir daha nümayiş etdirdi.
Azərbaycan tarixi boyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşərək özünəməxsus memarlıq məktəbi formalaşdırıb. Qədim qalalar, karvansaralar, məscidlər, körpülər və yaşayış kompleksləri xalqımızın estetik düşüncəsini, həyat tərzini və mənəvi dəyərlərini əks etdirir. Xüsusilə İçərişəhər , Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası kimi memarlıq abidələri Azərbaycan xalqının qədim dövlətçilik və şəhərsalma mədəniyyətinin canlı nümunələri hesab olunur. Bu abidələr yalnız tarixi irs deyil, həm də milli ruhun daşlarda əks olunan təcəssümüdür.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinə xüsusi diqqət yetirib. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma layihələri milli memarlıq prinsipləri yeni texnologiya və ekoloji yanaşmalarla vəhdət təşkil edir. Ağıllı şəhər və ağıllı kənd proqramlarının tətbiqi Azərbaycanın gələcək perspektivlərinə hesablanmış inkişaf strategiyasının mühüm hissəsidir.
Azərbaycan memarlığı yalnız daş və tikililərdən deyil; o, xalqın tarixini, düşüncə tərzini və mədəniyyətini yaşadan mühüm mənəvi sərvətdir. Musiqidə muğamın, poeziyada klassik ədəbiyyatın daşıdığı milli ruh necə, memarlıqda həmin ruh əsrlər boyu yaşayır və gələcək nəsillərə ötürülür. Bu baxımdan Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qədim irsə olan, eyni zamanda müasir inkişaf yolunda inamla irəliləyən dövlət olduğunu bir daha nümayiş etdirdi.
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatında məsləhətçi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.