Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistan Türkiyə ilə normallaşan münasibətlər fonunda diqqətçəkən qərar qəbul edib.
Bakupost.az xəbər verir ki, ölkə sərhəd keçidlərində pasportlara vurulan rəsmi giriş-çıxış möhürlərindən Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvirin çıxarılıb. Qərarın Ermənistan rəhbərliyinin “Real Ermənistan” doktrinası çərçivəsində atılan addımlardan biri olduğu bildirilir. Bu yanaşmanın beynəlxalq səviyyədə tanınan sərhədləri əsas götürdüyü və Türkiyə ilə normallaşma prosesinə zərər verə biləcək simvolik mesajlardan uzaq durmağı hədəflədiyi vurğulanır.
Röya Rizvanzadə, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.