AZ

“Belə bir statistikada ilk sırada yer almaq sevindiricidir” “Neftçi”nin basketbolçusunun ə MÜSAHİBƏSİ

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Neftçi” basketbol klubunun ABŞ-li legioneri Camal Bey kifayət qədər məhsuldar mövsüm keçirib. O, Azərbaycan Basketbol Liqasında ən çox uzaqməsafəli dəqiq atış edən oyunçu olub, komandasının yarımfinala yüksəlməsinə kömək edib və Avropa Kubokunun oyunlarında iştirak edib.

Camal Bey Bakıdakı karyerası ilə bağlı təəssüratlarını İdman.Biz-lə bölüşüb.

- Başa çatan mövsümü necə qiymətləndirərdiniz? Nə alındı, nə alınmadı?

- Düşünürəm ki, kifayət qədər yaxşı il keçirdik. Çox böyük oyunlarımız oldu, komanda çempionat ərzində inkişaf etdi. Şəxsən mən də oyundan oyuna artırdığımı hiss edirdim. Əminəm ki, komanda yoldaşlarım da eyni fikirdədirlər. Əlbəttə, insan həmişə daha artığını istəyir, xüsusilə də finalın bir addımlığında dayananda. Amma ümumilikdə hesab edirəm ki, xarakter göstərdik və layiqli basketbol oynadıq.

- Siz liqada üç xallıq atışlarda ən yaxşı göstəriciyə sahib oldunuz. Bu, müəyyən mənada gözlənilməz oldu?

- Ola bilsin ki, müəyyən qədər belədir. Həmişə atışlar üzərində çox çalışıram və bunun mənim güclü tərəflərimdən biri olduğunu bilirəm. Amma liqada kifayət qədər güclü snayperlər var idi. Buna görə də belə statistikada ilk sırada olmaq xüsusilə xoşdur. Bu, gündəlik əməyin, həmçinin komanda yoldaşları və məşqçilərin mənə olan etimadının nəticəsidir.

- Dediniz ki, uzaq məsafədən atışlar sizin əsas üstünlüyünüzdür. Bu atışlar əvvəlcədən planlaşdırılır, yoxsa burada gözlənilməzlik effekti də olur?

- Düşünürəm ki, burada bir neçə amil var. Çünki yaxşı atış təkcə improvizasiya deyil. Çox şey topun hərəkətindən, komanda ilə qarşılıqlı oyundan, oyunu oxumaq bacarığından asılıdır. Bəzən əvvəlcədən harada boş zona tapa biləcəyini anlayırsan, bəzən isə qərarı saniyənin bir hissəsində verməli olursan. Hər şey oyunun gedişindən asılıdır, amma daim imkan axtarışında olursan.

- Sizcə, komandaya “Abşeron Lions”la yarımfinalda nə çatmadı?

- Bəzi məqamlarda bizə sabitlik və konsentrasiya çatmadı. Pley-off mərhələsində hər səhv böyük əhəmiyyət daşıyır. Rəqib öz şanslarından çox yaxşı istifadə etdi. Amma məğlubiyyətə baxmayaraq hesab edirəm ki, bu təcrübə “Neftçi”nin daha da güclənməsinə və gələcəkdə kubok uğrunda mübarizə aparmasına kömək edəcək.

- Ən çox nə yadınızda qaldı?

- Yəqin ki, ev oyunlarındakı atmosfer və mövsüm ərzində qazandığımız bir neçə vacib qələbə. Azarkeşlərin dəstəyini hiss edəndə və komandanın həqiqətən bir olduğunu anlayanda xüsusi emosiyalar yaşayırsan.

- Gələcək planlarınız nədən ibarətdir? Karyeranızı harada davam etdirməyi düşünürsünüz?

- Hazırda bir qədər dincəlmək istəyirəm. Daha sonra agentimlə birlikdə variantları nəzərdən keçirəcəyik. Müxtəlif təkliflərə açığam və növbəti addımı atmaq, yüksək səviyyədə oynamaq və basketbolçu kimi inkişaf etməyə davam etmək istəyirəm.

Zəki Feyzullayev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr