AZ

Xamenei: İran xalqının qəhrəmanlığı vəzifəlilərin yükünü artırır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəbai Xamenei bildirib ki, İran xalqının tarixi müqaviməti və qəhrəmanlıq əməlləri İslam Respublikasının bütün vəzifəliləri üçün məsuliyyəti əvvəlkindən daha da ağır edir.

Bizimyol.info xəbər verir ki, o, şəhid Rəisi və xidmət şəhidlərinin ildönümü münasibətilə yayılan mesajında ölkədə xalq və dövlət birliyinin, qurumlar arasında əməkdaşlığın, vəzifəlilərin motivasiyasının artırılmasının vacibliyini vurğulayıb.

Xamenei qeyd edib ki, şəhid Rəisinin məsuliyyət hissi, ədalətə diqqəti, aktiv diplomatiyası və xalqla yaxın münasibəti həm ölkə daxilində, həm də müqavimət cəbhəsində tərəfdarları ruhlandırıb.

Rəhbər əlavə edib ki, xalqın qəhrəmanlıq əməlləri və dövlət birliyi gələcəyə ümidlə baxmaq və iqtisadi-sosial problemlərin həllində səyləri artırmaq üçün əsasdır. Şəhidlərə Allahın rəhmət və razılığı arzulayan Xamenei, onların dualarının vətənə xidmət edənlərin arxasında dayandığını vurğulayıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
bizimyol.info

1Mənbələr