AZ

Matsufuji: Dairəvi iqtisadiyyatda plastik tullantıların emalı gücləndirilir

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dairəvi iqtisadiyyatın inkişafında plastik tullantıların təkrar emalı, yeni iş imkanlarının yaradılması və innovativ laboratoriya sistemlərinin qurulması əsas istiqamətlərdən biri kimi çıxış edir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Fukuoka Universitetinin fəxri professoru, Yaponiya mütəxəssisi Dr. Yasushi Matsufuji WUF13 çərçivəsində keçirilən “Dövrəni qapamaq: tullantıların idarə edilməsini dairəvi iqtisadiyyata doğru inkişaf etdirmək” adlı sessiyada səsləndirib.

O bildirib ki, plastik məhsulların təkrar emalı yeni bazarların formalaşmasına və xüsusilə gənclər üçün məşğulluq imkanlarının artmasına şərait yaradır. Onun sözlərinə görə, bu yanaşma yalnız nəzəri deyil, praktiki və tətbiq oluna bilən dairəvi iqtisadiyyat modelinə əsaslanmalıdır.

Matsufuji əlavə edib ki, funksional laboratoriyalar və texniki infrastruktur dairəvi iqtisadiyyatın təhlükəsizlik və davamlılıq əsasını təşkil edir, həmçinin resursların yenidən istifadəsinə keçid prosesində mühüm rol oynayır.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
bakivaxti.az

1Mənbələr