AZ

Nigeriyalı iştirakçı: WUF13 yerli icmaların problemlərinin geniş auditoriyaya çatdırılması baxımından mühüm platformadır VİDEO

Bakı, 20 may, AZƏRTAC

Milyonlarla insan qeyri-rəsmi yaşayış məskənlərində, möhkəm və dayanıqlı olmayan infrastruktur şəraitində ömür sürməyə məcbur olur. Məhz buna görə də qlobal media bizim üçün mühüm bir çıxış yolu və xilasedici vasitə rolunu oynayır. Media bu həssas cəmiyyət təbəqələrinin real həyat şəraiti barədə düzgün və obyektiv məlumatları dünya ictimaiyyətinə çatdırmaq gücünə malikdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzulu tədbirdə – Nigeriyanın Beynəlxalq İqlim Dəyişikliyi İnkişaf Təşəbbüsünün həmtəsisçisi Olumide İdovu Emmanuel deyib.

Onun sözlərinə görə, forum yerli icmaların görünməyən problemlərini beynəlxalq səviyyədə gündəmə çıxarılması və bu məsələlərin media vasitəsilə daha geniş auditoriyaya çatdırılması baxımından mühüm platformadır.

"Biz bir həqiqəti qəbul etməliyik: bəzi vacib məsələlər və yerli sakinlərin, bazarların qarşılaşdığı reallıqlar var ki, onlar əksər hallarda hesabatlardan kənarda qalır və işıqlandırılmır. İnanıram ki, bu forum təcrübəsi bizə media vasitəsilə səsimizi daha uca səsləndirmək və problemlərimizi qlobal müstəvidə təşviq etmək imkanı verəcək", - deyə o qeyd edib.

Seçilən
11
1
azertag.az

2Mənbələr