AZ

Deyəsən, məhkəmə aylarla davam edəcək

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, “Liv Bona Dea” Hospital “Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərlini məhkəməyə verib. 

Axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı növbəti məhkəmə bu gün baş tutub. Bu barədə N.Köçərli sosial media hesabında paylaşım edib. O, xəstəxanadan tələb etdiyi kamera görüntüləri ilə bağlı vəsatətinin qəbul olunduğunu açıqlayıb:

"Deyəsən, bu prosesdə məhkəmə iclaslarının sayı çox olacaq və aylarla davam edəcək. Növbəti məhkəmə iyunun 5-də olacaq. Bu, dördüncü iclas idi və ilk dəfə idi ki, məhkəmədə mənə və Şahbaz bəyə (red. – həyat yoldaşı Şahbaz Xuduoğlu) söz verildi.

İki gözəl xəbər var. Bu gün heç kim məni məhkəmə zalında təhqir etmədi. Biz ilk gündən xəstəxanadan videogörüntüləri tələb edirik. Çünki hər şey sübut olunmalıdır. Təəssüflər olsun ki, qarşı tərəf hər dəfə yeni bir söz deyir. Gah deyirlər ki, biz görüntüləri saxlamırıq, gah da deyirlər, silinib. İkinci gözəl xəbər odur ki, bizim vəsatətimiz qəbul olundu. Bu, kiçik bir qələbədir. Amma qarşı tərəfin təqdim edib-etməyəcəyi sonra bilinəcək".

Qeyd edək ki, N.Köçərli sözügedən xəstəxanada əməliyyat olunan zaman tibb müəssisəsində ona biganə yanaşıldığını və baxımsız vəziyyətdə qaldığını açıqlayıb. 

“Liv Bona Dea” Hospitalı isə N.Köçərlinin paylaşımının onların nüfuzuna xələl gətirdiyini deyərək məhkəməyə müraciət edib. Onlar qarşı tərəfdən 222 min manat təzminat tələb edir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
axsam.az

1Mənbələr