AZ

BMT rəsmisi: Havanın çirklənməsi qlobal səviyyədə ikinci əsas ölüm səbəbidir

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

"State of Global Air 2024" hesabatının ən son qlobal qiymətləndirmələrinə əsasən, havanın çirklənməsi ağciyərləri hələ tam inkişaf etməmiş beş yaşından kiçik uşaqlar da daxil olmaqla, dünya üzrə ölüm hallarına səbəb olan ikinci əsas risk faktorudur".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı rəhbəri Anna Soave IDEA İctimai Birliyinin təşkilatçılığı ilə WUF13 çərçivəsində keçirilən "Yeni şəhər gündəliyi üçün ilham: dayanıqlı şəhərlər üçün havanın keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" adlı yüksək səviyyəli forumda çıxışı zamanı bildirib.

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qapalı və açıq məkanlarda havanın çirklənməsi hər il təqribən 7 milyon insanın vaxtından əvvəl ölümünə gətirib çıxarır. Bu halların 89%-i isə gəliri aşağı və orta olan ölkələrin payına düşür. Bunlar dəhşətli rəqəmlərdir, lakin vəziyyəti dəyişmək bizim gücümüz daxilindədir. Bu göstəricilər malyariya, vərəm və QİÇS/HİV-dən ölənlərin ümumi sayından qat-qat çoxdur.

UNICEF-in xəbərdarlığına əsasən, dünyada hər gün 2 minə yaxın azyaşlı, yəni hər dəqiqədə birdən çox uşaq məhz havanın çirklənməsi səbəbindən həyatını itirir.

Yaşlı insanlar da tənəffüs və ürək-damar xəstəlikləri ilə bağlı ciddi risklərlə üzləşirlər. İnsan sağlamlığı nəzərə alınmadan layihələndirilmiş köhnə istilik sistemlərinin, sənaye obyektlərinin və ya sıx nəqliyyat yollarının yaxınlığında yaşayan azgəlirli ailələr isə xüsusilə həssas qrupa daxildir", - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
baku.ws

2Mənbələr