Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi ultra-ortodoks partiyalarla koalisiyasında haredi qanun layihəsi ilə bağlı yaranan böhran Knessetin (birpalatalı parlament) buraxılması ilə nəticələnib.
“Cebheinfo.az”-ın məlumatına görə, parlamentin buraxılması ilə bağlı qanun layihəsi 110 deputatın lehinə səs verməsi ilə qəbul edilib. Qərarın əleyhinə isə heç kim səs verməyib.
Qeyd edək ki, “Haredi” Qanunu dini təhsil müəssisələrinin tələbələrinin hərbi xidmətə aparılmasını qadağan edir.
Yaranmış siyasi böhran fonunda oktyabr ayının 27-də İsraildə keçirilməli olan parlament seçkiləri daha tez baş tuta bilər. Lakin seçkilər avqust ayında keçirilə bilməz.
Çünki seçkilərin keçirilməsi üçün Knessetin buraxılması ilə bağlı qanun layihəsinin təsdiqlənməsindən ən azı 90 gün keçməlidir. Bu o deməkdir ki, seçki tarixi ya sentyabr, ya da oktyabrın ortalarına qədər təxirə salına bilər.
İsrail mediası ultr-ortodoksal partiyaların seçici fəallığını artırmaq üçün seçki tarixini sentyabr ayında, Müqəddəs Günlərdən əvvəl təyin etməyə çalışdıqlarını yazır.
Netanyahunun bu təkllifə qarşı çıxdığı və seçkiləri oktyabrın sonlarında saxlamağa çalışdığı bildirilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.