AZ

Partiya sədri: “WUF13-ün Bakıda keçirilməsinin çox böyük əhəmiyyəti var”

“Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm platformadır”.

Bu sözləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Hit.az-a açıqlamasında deyib.

O, WUF13 kimi mötəbər tədbirin paytaxtımızda keçirilməsinin Azərbaycan üçün əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırıb:
“Bu tədbir ölkəmizin urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhərsalma siyasətini dünyaya nümayiş etdirmək üçün böyük imkan yaradacaq. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də xüsusi maraq doğurur”.

Siyasətçi vurğulayıb ki, bunlar ölkəmizin gələcək prioritetləri düzgün müəyyənləşdirdiyinin göstəricisidir: 
“Biz bu yeniliyi daim inkişaf etdirməliyik. Çünki əlimizdə yaxşı fürsətlər var. Yenidən qurulan Şərqi Zəngəzur və Qarabağda da müasir yanaşmaları tətbiq etmək daha məqbuldur. Bu quruculuq işləri eyni zamanda bütün dünyaya yeni bir təcrübə qazandıra bilər. Yəni bunu bir avataja çevirə bilərik”.

Mütəllim Rəhimli qeyd edib ki, ölkəmizi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirmək baxımından da WUF13-ün çox böyük əhəmiyyəti var:
“Biz həmçinin qədim yaşayış məsəkəni - İçərişəhərlə müasirliyin Bakı şəhərində qovuşmasının yaratdığı ahəngi də təqdim etmək fürsəti əldə etdik. Bu, həm də xalqımızın dəyərlərinin təbliği deməkdir. Bütün bunların fonunda WUF13-ün Azərbaycanda keçirilməsinin faydaları çoxdur”.

Elmir Mustafa

Seçilən
37
hit.az

1Mənbələr