AZ

Fərid Şəfiyev: Azərbaycan post-münaqişə bərpası sahəsində tamamilə unikal təcrübə qazanıb

BAKI, 20 may. TELEQRAF

“Ekranda gördükləriniz hansısa bədii filmlərdən götürülmüş xəyali kadrlar deyil. Bu, ərazilər işğaldan azad edildikdən dərhal sonra, 2021-ci ildə lentə alınmış real sənədli kadrlardır. Lakin bu gün həmin ərazilərə səfər etsəniz, tamamilə fərqli və yenidən qurulan bir mənzərə ilə qarşılaşarsınız".

Teleqraf xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev WUF13 çərçivəsində keçirilən "Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar" adlı beynəlxalq panel müzakirəsində deyib.

O bildirib ki, hazırda orada sürətlə reabilitasiya olunan şəhərləri, tikilən evləri, qurulan nəqliyyat, enerji və qaz infrastrukturlarını görmək mümkündür. Son 5 il ərzində Azərbaycan post-münaqişə bərpası sahəsində tamamilə unikal bir təcrübə qazanıb.

​BMTM sədri qeyd edib ki, bu panel şəhərlərin dağıdılması ilə onların yenidən qurulması mövzularını kəsişdirən və elmi-praktik yanaşma tələb edən vacib bir platformadır:

​“Biz son 25-30 ildə dünya elmi ədəbiyyatına daxil olan bu dağıntı miqyasını məhz "urbisid", yəni şəhərlərin məhvi adlandırırıq. Bu böyük mövzu təkcə şəhərsalmanı deyil, həm də mədəni irsin qorunması, tarixi abidələrin bərpası və ekoloji məsələlər kimi mühüm alt bəhsləri də özündə birləşdirir”.

Seçilən
11
teleqraf.com

1Mənbələr