2000-ci ildən qlobal quraqlıq təxminən 33 % artıb.
1news.az xəbər verir ki, bunu BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası (UNCCD) üzrə Kommunikasiya, Xarici Əlaqələr və Tərəfdaşlıq şöbəsinin rəhbəri Xenya Skanlon Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sesssiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim cəbhələrindən hekayələr" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, son illərdə quraqlıq intensivləşib: "Kollektiv şəkildə gələcəyimiz həqiqətən də daha isti, daha quru və təbii ki, daha çox urbanizasiyalaşmış (şəhərləşmiş) olacaq. Amazonun ötən il bizim konvensiyanın hazırladığı qlobal quraqlıq ocaqları siyahısında olmasını görmək həqiqətən təəccüblü və həm də həyəcanverici idi. Amazon bölgəsi, Braziliya quraqlıq və quraqlıq şəraitinin (aridliyin) təsirləri ilə getdikcə daha çox üzləşir".