AZ

26 mindən çox yararsız avtomobil utilizasiya EDİLİB

Ajans.az xəbər verir ki, bunu "Təmiz şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

Onun sözlərinə görə, yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramının uğurlu nəticələri olub: "Layihəmizdən biri istismara yararsız nəqliyyat vasitələrinin emalıdır. Bu layihə artıq iki ildir fəaliyyət göstərir. İl yarımdır icra olunur və bu müddətdə 26 mindən yuxarı istismara yararsız nəqliyyat vasitəsi təhvil verilib. Həmin nəqliyyat vasitəsi təhvil verildiyi halda utilizator tərəfindən şəxslərə sertifikat verilir ki, bununla da onlar yeni avtomobil aldığı zaman güzəşt əldə edirlər".

Seçilən
2
1
Ajans.az

2Mənbələr