AZ

Yeni ölkələr Azərbaycandan qaz ala bilər AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib ki, boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik və bu rəqəm artmaqdadır.

İqtisadçı Günay Hüseynova Redaktor.az-a açıqlamasında bildirdi ki, prezidentin səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, enerji ixracatı sahəsində uğurlarımız artmaqla yanaşı, təkcə regional deyil, qlobal iqtisadiyyatda da iqtisadi inkişafa nail olmuşuq:

"Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayının artması həm Avropa ölkələrinin Rusiya ilə ticari əməkdaşlıqdan uzaqlaşmaq istəyi, həmçinin də beynəlxalq arenada Azərbaycanın etibarlı ticari tərəfdaş olması ilə əlaqədardır. Ticari əməkdaşlıq çərçivəsində ixracatçı ölkələrin sayının artması paralel olaraq hasilatı da artırır. Bu da, təbii ki, dövlət büdcəsinin profisitinin artması deməkdir".

Ekspertin sözlərinə görə, qlobal iqtisadiyyatda inflyasiyanın sürətlənməsi, həmçinin müharibə şəraiti və real kriz şəraiti xərcləri də artırır:

"Belə bir mühitdə ölkə iqtisadiyyatının defisit deyil, profisit görməsi olduqca böyük iqtisadi əhəmiyyət kəsb edir.

Daha hansı ölkələrin Azərbaycandan qaz alacağı sualına qaldıqda isə, hazırda danışıqlar gedir. Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Çexiya və digər ölkələrə enerji ixracatı ola bilər. Enerji ixracatı ilə bağlı əsas və maraq doğuran məsələ isə paralel olaraq yaşıl enerji sektorunda görülən işlərdir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
redaktor.az

2Mənbələr