AZ

Antonio Kampaqnoli: Azərbaycan dayanıqlı şəhərsalma üzrə qlobal gündəlikdə körpü rolunu oynaya bilər

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan dayanıqlı şəhərsalma üzrə qlobal gündəlikdə müxtəlif regionlar, təcrübələr və inkişaf modelləri arasında körpü rolunu oynaya bilər.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində İtaliya Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının prezidenti Antonio Kampaqnoli bildirib.

O deyib ki, Ümumdünya Şəhəsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi artıq Azərbaycanın davamlı şəhərsalma üzrə qlobal dialoqun mərkəzində dayanan ölkəyə çevrilməsi istəyini nümayiş etdirir:”Eyni zamanda, Azərbaycanda mühüm şəhər və infrastruktur transformasiyalar həyata keçirilir ki, bu da ona təkcə institusional deyil, həm də praktik təcrübə vasitəsilə töhfə verməyə imkan verir. Həmçinin inanıram ki, Azərbaycan Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və digər sürətlə inkişaf edən bölgələr arasında, xüsusilə də dayanıqlılıq, infrastruktur, ağıllı inkişaf və münaqişədən sonrakı bərpa kimi mövzularda dialoq üçün vacib platformaya çevrilə bilər”.

Seçilən
41
2
azertag.az

3Mənbələr