AZ

Tramp altı mərtəbəli bunker tikdirir

Ağ Evin bal zalının altında altı mərtəbəli bunker inşa olunur.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama yayıb.

Onun sözlərinə görə, layihə həm mülki, həm də hərbi funksiyaları əhatə edir: “Bal zalının damı hərbi məqsədlər üçün nəzərdə tutulub və dronlara qarşı dayanıqlı konstruksiyaya malikdir. Bu hissə həm müdafiə, həm də Vaşinqtonun təhlükəsizliyini təmin edən dron mərkəzi kimi istifadə ediləcək”.

Layihəyə əsasən, binanın üst hissəsi yeraltı bunkeri qoruyacaq, damda isə snayper mövqeləri üçün sahələr olacaq. Bunker daxilində bomba sığınacaqları, hərbi hospital və hərbi personal üçün xüsusi otaqlar yerləşdiriləcək.

Tramp həmçinin binanın şüşələrinin gülləkeçirməz və təxminən 10 santimetr qalınlığında olacağını qeyd edib.

Seçilən
28
publika.az

1Mənbələr