BAKI,TurkicWorld Yusif Şərifzadə
İranın ali rəhbəri Müctəba Xamenei ölkənin ABŞ və İsrailə qarşı göstərdiyi müqaviməti “bənzərsiz” adlandırıb.
TurkicWorld xəbər verir ki, “Fars” Xəbər Agentliyinin məlumatına görə, Xamenei helikopter qəzasında həlak olmuş keçmiş prezident İbrahim Rəisinin ölümünün ikinci ildönümü münasibətilə açıqlama verib. O bildirib ki, İran İsrail və ABŞ kimi “iki qlobal terrorçu orduya qarşı bənzərsiz tarixi müqavimət” nümayiş etdirir.
Ali rəhbər əlavə edib ki, müharibə dövlət rəsmilərinin üzərinə düşən məsuliyyəti “əvvəlkindən daha da ağırlaşdırır” və xalqın nümayiş etdirdiyi “birlik və həmrəyliyə” görə minnətdarlığını ifadə edib.