AZ

Reysin yenidən bərpası olduqca pozitiv mühit formalaşdırdı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakı-Tbilisi-Bakı qatar reysinin bərpası təkcə nəqliyyat əlaqələrinin genişlənməsi deyil, həm də Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarına verdiyi önəmin növbəti göstəricisidir. Bu addım illərdir iki ölkə arasında sıx əlaqələrin qorunmasına, insanların rahat və təhlükəsiz şəkildə gediş-gəliş etməsinə xidmət edir. Xüsusilə Gürcüstanda yaşayan azərbaycanlıların ailə, təhsil və iş əlaqələri baxımından bu reysin yenidən fəaliyyətə başlaması mühüm əhəmiyyət daşıyır.Deputat Arzuxan Əlizadə mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, may ayının 26-da Bakı-Tbilisi-Bakı qatar reysi bərpa olunur və bu, Azərbaycan dövlətinin siyasi iradəsi nəticəsində reallaşıb:"Uzun müddətdir quru sərhədləri bağlıdır və regionda baş verən hadisələr fonunda məsələyə Azərbaycanın dövlət təhlükəsizliyi, milli və dövlət maraqları kontekstindən yanaşmaq vacib idi. Bu səbəbdən Bakı-Tbilisi-Bakı qatar reysi də uzun müddət fəaliyyətini dayandırmışdı.Nəhayət, Azərbaycan dövləti mövcud təhlükələri nəzərə alaraq qərar verdi və reysin yenidən bərpası olduqca pozitiv mühit formalaşdırdı. Məlumdur ki, Gürcüstan ərazisində, Borçalıda təxminən yarım milyona yaxın soydaşımız yaşayır. Onların gediş-gəliş imkanlarının genişlənməsi, eləcə də Azərbaycanda yaşayan yaxın qohumlarının Gürcüstana rahat səfər edə bilməsi baxımından bu qərar xüsusi əhəmiyyət daşıyır".Deputat deyib ki, qərarın verilməsi olduqca mühüm və müsbət hadisə kimi qiymətləndirilir:"Artıq gündəlik reyslərin qrafiki də müəyyənləşdirilib. Hər gün Bakıdan Tbilisiyə, həmçinin Tbilisidən Bakıya qatarlar qrafik üzrə hərəkət edəcək. Bununla da ilkin addım atılmış olur və bu, olduqca müsbət hadisə kimi dəyərləndirilir",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
demokrat.az

1Mənbələr