AZ

Yoane Navaykula: WUF13 çərçivəsində təşkil olunan sərgi və platformalar mükəmməl səviyyədədir

Bakı, 20 may, AZƏRTAC

WUF13 çərçivəsində təşkil olunan sərgi və platformalar mükəmməl səviyyədədir. Məkanın dizaynı və pavilyonların quruluşu yüksək peşəkarlıqla ərsəyə gətirilib. Sərgi sahəsini gəzərkən həm Azərbaycanın, həm də dəvət olunmuş digər ölkələrin çoxsaylı təşkilatlarının öz stendlərini qurduğunu, reallaşdırdıqları uğurlu layihələri nümayiş etdirdiklərini görürük.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Ficinin Milli Gənclər Şurasının sədri Yoane Navaykula deyib.

Onun sözlərinə görə, WUF13 iştirakçıların fərqli təcrübələri öyrənməsi, məlumatlanması və qlobal proqramlardan bəhrələnməsi üçün unikal bir mühitdir. İnsanlar buradan aldıqları təcrübə və motivasiya ilə öz ölkələrində gənclərin, qadınların, uşaqların və bütövlükdə icmaların inkişafına töhfə verə bilərlər.

Seçilən
37
azertag.az

1Mənbələr