AZ

Qlobal Cənub Gənclər Platformasının birinci rəsmi iclasında qəbul edilmiş qərarlar

BAKI, 20 may. TELEQRAF

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Qlobal Cənub Gənclər Platforması: Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” adlı beynəlxalq konfransda, Qlobal Cənub Gənclər platformasının birinci rəsmi iclası çərçivəsində platformanın fəaliyyət istiqamətləri, gələcək prioritetləri və beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı mühüm qərarlar qəbul olunub.

Teleqraf xəbər verir ki, dörd yeniölkə platformaya üzv qəbul edilərək üzv ölkələrin sayı 20-yə çatmışdır. Yeni üzvlər sırasında Boneyr, Sen Martin, Seneqal və Misir yer alır. Bununla yanaşı, Platformaya yeni üzv olan ölkələrin qoşulması ilə platformanın daha da böyüməsi gözlənilir.

İştirakçılar çıxışlarında üzv ölkələr arasında davamlı və səmərəli əməkdaşlığın qurulmasının vacibliyini qeyd ediblər. Eyni zamanda bildirilib ki, real nəticələrə gətirib çıxaran layihələrin həyata keçirilməsi platformanın əsas fəaliyyət istiqamətlərindən biri olacaq. Bu baxımdan, praktik və funksional addımlar atmaqla üzv ölkələrin və dənizaşırı ərazilərin maraq və prioritetləri nəzərə alınaraq daha səmərəli formada onların iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, platformanın fəaliyyətinin növbəti mərhələsi üzrə prioritet istiqamətlər və gələcək fəaliyyət planı müəyyənləşdirilib. Müzakirələr zamanı üzv ölkələrin gəncləri arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, eləcə də bu əməkdaşlığın institusional səviyyədə inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.

Platformanın fəaliyyət planında beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti insitutları ilə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu əməkdaşlığın platformanın beynəlxalq nüfuzunun artırılmasına, gənclərin beynəlxalq səviyyədə qərarların qəbul edilməsi proseslərində iştirakının genişlənməsinə, həmçinin birgə layihə və təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyi qeyd edilir.

Seçilən
46
6
teleqraf.com

7Mənbələr