AZ

“Carlsberg Group”la Anlaşma Memorandumu müzakirə olunub

Yazını böyüt
Yazını kiçilt

“Carlsberg Group”la 2025-2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlər müzakirə olunub.

Bu barədə hafta.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunda icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşüb.

Görüşdə “Carlsberg Group”la işbirliyi istiqamətləri nəzərdən keçirilib.

2025-2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlər, pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal və qablaşdırmanın lokallaşdırılması, eləcə də regionda yeni biznes imkanları müzakirə olunub.

Seçilən
39
1
hafta.az

2Mənbələr