AZ

Xəzər sahilində 35 ölü suiti tapıldı

Xəzər dənizinin Qazaxıstanın Mangistau vilayəti sahillərində çoxsaylı suiti cəsədi aşkar edilib.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vilayətin Ekologiya Departamentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vilayətin Tüpkaraqan rayonunun Fort-Şevçenko şəhərindən Bautino burnuna qədər olan sahil zolağında aparılmış monitorinqlər zamanı 35 Xəzər suitisinin cəsədi aşkarlanıb.

Ölümlərin səbəbini müəyyən etmək üçün ərazidən su nümunələri götürülüb.

Qeyd edək ki, son bir ay ərzində Xəzərin Mangistau vilayəti sahillərində 300 suiti cəsədi aşkarlanıb. Daha əvvəl götürülmüş nümunələr suda çirkləndirici maddələr, həmçinin heyvanlarda hər hansı xəstəliklər aşkar etməyib. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin versiyasına görə, heyvanların ölümü təbii hadisələrlə bağlı ola bilər.

Seçilən
21
busaat.az

1Mənbələr