AZ

Dörd bürc sınaqlarla üzləşəcək: Fırtına oktyabr ayına qədər davam edəcək

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2026-cı ilin oktyabrına qədər davam edəcək Plutonun retroqrad hərəkəti dörd bürc üçün mühüm dəyişikliklər gətirəcək. Astroloq Helena Xator bildirib ki, çətin dövr və yaşanan sınaqlara baxmayaraq, artıq vəziyyət tədricən yaxşılığa doğru dəyişməyə başlayıb. Demokrat.az xəbər verir ki, vu barədə "YourTango" yazır.Pluton 7 may tarixində Dolça bürcündə retroqrad fazaya daxil olub. Astroloq Ceymi Partric izah edib ki, bu dövr güc, nəzarət və daxili transformasiya mövzularını gücləndirir. Onun sözlərinə görə, 2026-cı ildə Plutonun retroqrad hərəkəti “qurban vermə”, “buraxma” və köhnəni dağıdaraq yenini yaratma kimi dərin dəyişiklikləri simvolizə edir. 15 oktyabra qədər bu təsir xüsusilə güclü olacaq.Astroloqların fikrincə, bu dövr rahat zonadan çıxmağı tələb etsə də, eyni zamanda inkişaf və daxili bərpa üçün imkanlar yaradır.OğlaqOğlaqlar üçün bu dövr xüsusilə maliyyə sahəsində ciddi dəyişikliklər gətirə bilər. Gəlir və resurslarla bağlı yanaşmaların yenidən qiymətləndirilməsi gündəmdə olacaq.Bu mərhələdə büdcəyə diqqət artırmaq və maliyyə axınlarını daha şüurlu idarə etmək tövsiyə olunur. Sözü təkcə pula yox, həm də uşaqlıqdan formalaşan maliyyə davranışlarına yenidən baxmağa aiddir.Həmçinin toksik əlaqələrin və enerji itirən fəaliyyətlərin bitirilməsi məsləhət görülür, çünki bu, maddi vəziyyətin yaxşılaşmasına yol aça bilər.DolçaDolçalar üçün Plutonun təsiri daha güclü hiss olunur, çünki planet onların bürcündə yerləşir. Astroloqa görə, bu dövr onların “yüksək həyat ssenarisinə” yaxınlaşması deməkdir.Bəzi əlaqələrin və situasiyaların təbii şəkildə sona çatması mümkündür. Bu proses çətin olsa da, inkişaf üçün yeni boşluq yaradır.Eyni zamanda, bu mərhələ kimlərin inkişafı dayandırdığını daha aydın göstərir. Nəticədə emosional çətinliklərə baxmayaraq, şəxsi güc və cazibə arta bilər.ƏkizlərƏkizlər üçün daha dinamik dövr başlayır. Uranın təsiri dəyişiklik və yenilik istəyini gücləndirir, Pluton isə yeni imkanlar açır.Sosial aktivliyin artması, yeni tanışlıqlar və özünüifadə formalarının genişlənməsi mümkündür. İlk mərhələdə dəyişikliklər çətin görünsə də, nəticədə inkişaf gətirir.Bu dəyişikliklər Əkizlərin daxili istəklərinə uyğun sayılır və daha yaxşı həyat mərhələsinə keçidi sürətləndirir.XərçəngXərçənglər üçün əsas dəyişikliklər gəlir və qazanc mənbələri ilə bağlıdır. Maliyyə sabitliyi mövzusu aktuallaşır.Texnoloji inkişaf, süni intellekt və avtomatlaşdırma gəlir yollarına təsir göstərə bilər. Bu isə daha çevik iş modellərinə keçidi sürətləndirə bilər.Mütəxəssislər tövsiyə edirlər ki, Xərçənglər prioritetlərini yenidən nəzərdən keçirsin, gündəlik işləri sadələşdirsin və əsas məqsədlərə fokuslansın.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
demokrat.az

1Mənbələr