AZ

​Müxalifət lideri Ərdoğana 300 min ödəyəcək

Türkiyədə məhkəmə müxalif Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Özgür Özel barəsində prezident Rəcəb Tayyib Ərdoğanın qaldırdığı iddia üzrə qərar verib. Metbuat.az xəbər verir ki, Özgür Özel çıxışlarında Prezident Rəcəb Tayyip Ərdoğanın ünvanına kəskin ifadələr səsləndirdiyi üçün 300 min türk lirəsi məbləğində mənəvi təzminat ödəməyə məhkum edilib. Məhkəmə siyasətçinin açıqlamalarının şəxsi hüquqlara zərər vurduğu qənaətinə gəlib. Qeyd edək ki, Ərdoğanın vəkili Hüseyn Aydın CHP liderinin bəyanatlarının təhqir xarakteri daşıdığını bildirərək məhkəməyə müraciət etmişdi. Məhkəmə prosesi nəticəsində tazminat ödənilməsi barədə qərar çıxarılıb.

Hadisə Türkiyə siyasətində iqtidar və müxalifət arasında gərginliyi artıran hüquqi proseslərdən biri kimi qiymətləndirilir.

Seçilən
2
2
metbuat.az

3Mənbələr