Qeyri-rəsmi yaşayış məntəqələri yalnız həssaslıq prizmasından deyil, həm də iqtisadi və sosial potensiala malik ərazilər kimi nəzərdən keçirilməlidir.
"Far.Az"un məlumatına görə, bunu Amerikalararası İnkişaf Bankının (Inter-American Development Bank) nümayəndəsi Vaşinqton Menezes Faxardo (Washington Menezes Fajardo) Bakıda WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" mövzusunda tədbirdə bəyan edib.