Bakı, 20 may, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) ölkəmizdə səfərdə olan Dünya Bankının Qlobal Səmt Qazının Yandırılması və Metan Emissiyalarının Azaldılması (GFMR) üzrə etimad fondunun qiymətləndirmə missiyası ilə görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, Dünya Bankının nümayəndə heyətinin rəhbəri, energetika üzrə baş mütəxəssis Sandu Qidirim, eləcə də nümayəndə heyətinin üzvləri və EMTA-nın əməkdaşları iştirak ediblər.
Görüş zamanı qaz sızmalarının aşkarlanması və təmirinin (LDAR) maliyyələşdirilməsi mexanizmi layihəsi ətrafında fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.