AZ

Tramp İranla bağlı qərarlar qəbul etməkdə tələsmədiyini bildirib

BAKI, 20 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İran və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı qərarlar qəbul etməyə tələsmədiyini və Tehranla razılığa gəlmək üçün yenidən cəhd etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp jurnalistlərə ABŞ-nin Hörmüz boğazının açılmasını istədiyini deyib: "Onun dərhal açılmasını istəyirik. Biz cəhd etmək niyyətindəyik. Mən tələsmirəm"., - deyə Amerika lideri Tehranla razılığa gəlmək üçün yeni cəhdə toxunaraq əlavə edib.

Mayın 18-də Amerika lideri Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xahişi ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə salmaq qərarına gəldiyini açıqladı və Tehranla razılığa gəlmək ehtimalını əsas gətirdi. Mayın 19-da o, ABŞ-ın İranla bağlı münaqişədə diplomatiyaya gələn həftənin əvvəlinə qədər şans verməyə hazır olduğunu və hərbi əməliyyatların bərpasını həmin vaxta qədər təxirə saldığını bildirdi.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr