Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
WUF13-ə gəlməkdə məqsədimiz Çindəki bəzi təcrübələri xarici ölkələrlə, beynəlxalq tərəfdaşlarla bölüşmək və mübadilə aparmaqdır. Həmçinin WUF13-dən bəzi yeni imkanlar tapmaq istəyirik.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) çinli iştirakçısı Wanli Zhang deyib.
O qeyd edib ki, Çin çox sürətli şəkildə inkişaf edir, lakin bütün dünya ölkələri kimi bəzi şəhər problemləri ilə qarşılaşır. “Buradakı iştirakçılar ağıllı, dözümlü, dayanıqlı və insan mərkəzli, bərabərhüquqlu şəhərlər naminə bir araya gəlib”.
Forum iştirakçısı WUF13-ün Azərbaycan üçün başlanğıc olduğunu vurğulayaraq deyib: “Düşünürəm ki, bu platforma Azərbaycanın təcrübəsini xarici ölkələrlə bölüşmək, həmçinin yeni həll yolları tapmaq üçün fürsətdir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.