AZ

Azərbaycan və Pakistan nazirləri arasında görüş keçirilib

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Pakistan İslam Respublikasının iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi məsələləri üzrə federal naziri Musadik Masud Malik ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.

ETSN-dən XQ-yə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq imkanları və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycanın 5 iyun 2026-cı il tarixində Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb, tədbirə hazırlıq prosesi müzakirə edilib.

Seçilən
47
4
xalqqazeti.az

6Mənbələr