2026-сı ilin yanvar-aprel aylarında Azərbaycanda 1546 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 278 ədəd və ya 15,2% az minik avtomobili istehsal olunub.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Minik avtomobilləri üzrə 01.05.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 375 ədəd təşkil edib.
2026-сı ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən yük avtomobilləri istehsalı 8,7 dəfə artaraq 286 ədəd, avtobusların istehsalı 4,8 dəfə artaraq ədəd 153 ədəd təşkil edib.