AZ

ADY qiymətləri yenidən tənzimləməlidirmi?

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Bakı-Tbilisi-Bakı qatarına olacaq biletlərin qiyməti açıqlanıb.

Belə ki, Bakı–Tbilisi qatarınnın qiyməti 81 manat olacaq.

Məlumatda deyilir:

Bakı–Tbilisi–Bakı marşrutu ilə müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.

2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Marşrut üzrə səyahət tarifləri:

1-Bakı–Tbilisi: 81 AZN-dən

2-Yevlax–Tbilisi: 67 AZN-dən

3-Gəncə–Tbilisi: 62 AZN-dən

4-Ağstafa–Tbilisi: 57 AZN-dən

5-Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.

Lakin bu qiymət tarifləri birmənalı qarşılanmayıb.

Kimisi buna sevinsə də, bir xeyli vətəndaşlar da tənqid edir, qiymətlərin yenidən tənzimlənməli olduğunu bildirir.

Bəs daha əvvəl necə idi?

Bakı-Tbilisi-Bakı qatarı 2020-ci ilədək olan qiymətləri belə olub:

Plaskart-24-26 manat,

Kupe-35-40 manat,

SV (yataqlı) – 57-60 manat.

İndiki qiymətlər bəlli olsa da, hələlik bu qiymətlərin kupe və ya plaskart olduğu da bilinmir.

2020-ci ilədək qatar Bakıdan Tbilisiyə 12 saata gedirdisə indi 9 saat 30 dəqiqəyə getmək nəzərdə tutulur.

Maraqlıdır, 2 saat yarım tez getməyə görə bileti 41 manat bahalaşdırmaq doğrudurmu?

Bütün bunları nəzərə alsaq, ADY qiymətləri yenidən tənzimləməlidirmi?

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
icma.az

1Mənbələr