AZ

AFFA həmin oyundakı insidentlərlə bağlı qərarları açıqladı

AFFA İntizam Komitəsi II Liqanın XXVII turunda keçirilən "Kür-Araz" – "Araz Saatlı" oyununda yaşanan insidentlərlə bağlı qərarları açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul olunub.

Qarşılaşmada təşkilati-texniki öhdəliklərin pozulmasına görə "Kür-Araz" klubu 100 manat cərimələnib. Bundan əlavə, oyuna təyin olunan Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matçın vaxtında başlamamasına görə klub daha 200 manat ödəyəcək.

Görüşün 90+2-ci dəqiqəsində "Kür-Araz" azarkeşlərinin meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstərməsi ciddi sanksiya ilə nəticələnib. Qərara əsasən, klub növbəti mövsümdə ilk 5 ev oyununu azarkeşsiz keçirəcək. Təhlükəsizliyin tam təmin olunmamasına görə isə "Kür-Araz" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qarşılaşmanın 90+1-ci dəqiqəsində "Araz Saatlı" komandasının meydanı özbaşına tərk etməsi də cəzasız qalmayıb. Saatlı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub əlavə olaraq 2000 manat cərimə olunub.

Seçilən
30
3
publika.az

9Mənbələr