AZ

WUF13 çərçivəsində Polşadan gələn nümayəndə heyəti Lənkərana səfər edib FOTO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycanda olan Polşa nümayəndələri mayın 20-də Lənkəran rayonuna səfər ediblər.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər zamanı qonaqlar bölgənin turizm potensialı ilə yerində tanış olub, çay plantasiyalarına baş çəkib, həmçinin Lənkəranın tarixi abidələri və görməli yerlərini ziyarət ediblər.Onlara rayonun təbii-coğrafi xüsusiyyətləri, turizm imkanları və mədəni irsi barədə geniş məlumat təqdim olunub.

 

Polşa–Azərbaycan Assosiasiyasının nümayəndəsi Aleksandra Tomaşevska və Lüblin şəhər meriyasının Strategiya və investorlarla əlaqələr departamentinin direktoru Mariusz Saqan iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayıblar.

Qonaqlar Lənkəranın sosial-iqtisadi inkişafı, tarixi və yerləşdiyi region barədə dolğun məlumat aldıqlarını bildirərək, səfər təəssüratlarını gələcəkdə öz ölkələrində bölüşəcəklərini qeyd ediblər.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
bizim.media

2Mənbələr