AZ

Nepallı jurnalist: WUF13 qlobal liderlərlə görüşə biləcəyimiz çox gözəl bir platformadır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 may, AZƏRTAC

Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməkdən məmnunam.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Nepalın nümayəndəsi Raçumani Luitey söyləyib.

“Azərbaycanın ev sahibliyi etdiyi bu tədbir şəhərləşmə sahəsində çalışan qlobal liderlərlə görüşə biləcəyimiz çox gözəl bir platformadır. Burada mənzil sektorunda çalışan hər bir ölkədən olan bütün liderlərlə görüşmək şansımız oldu. Tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm", - deyə R. Luitey əlavə edib.

Müxbir- Elmir Səftərov

Operator- Mirrəsul Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
azertag.az

2Mənbələr