AZ

Rusiyalı nümayəndə: WUF13 gələcəyin şəhərlərini necə qurulmalı olduğunu nümayiş etdirir

Bakı, 20 may, AZƏRTAC

Jurnalist kimi ilk dəfədir ki, Bakıya səfər edirəm. COP29 tədbiri zamanı Azərbaycana gələ gilmədiyim üçün təəssüflənirəm.

Çünki bu, beynəlxalq gündəm və beynəlxalq tədbirlər üçün inşa edilmiş gözəl abu-havaya malik fantastik bir şəhərdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Anastasiia Lutçenko söyləyib.

Jurnalist, Bakı şəhəri ilə tanışlıqdan zövq aldığını və onun qədim tarixi, zəngin mədəniyyəti və gözəl insanlari haqqında daha çox məlumat əldə etmək istədiyini bildirib.

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası digər beynəlxalq tədbirlərlə müqayisədə, sadəcə gələcəyin şəhərləri haqqında danışmır, onların necə qurulmalı olduğunu da nümayiş etdirir", - deyə o əlavə edib.

Müxbir - Elmir Səftərov
Operator - Mirrəsul Cəfərov
Seçilən
16
3
azertag.az

4Mənbələr