AZ

ABŞ Raúl Kastroya qarşı ittiham irəli sürüb » AzadMedia.az

ABŞ

ABŞ Raúl Kastroya qarşı ittiham irəli sürüb
ABŞ keçmiş Kuba lideri Raúl Castro barəsində ittiham irəli sürüb. Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyindəki yüksəkvəzifəli mənbə bildirib ki, 94 yaşlı Kastroya qarşı ittihamlar 1996-cı ildə baş vermiş insidentlə bağlı ola bilər. Həmin vaxt Kuba qırıcıları kubalı mühacirlərə məxsus təyyarələri vurmuşdu.

Bundan əvvəl The New York Times yazmışdı ki, ABŞ-də Kastronun “Venesuela ssenarisi” üzrə saxlanılması ehtimalı müzakirə olunub. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trump-a yaxın mənbələr onun belə bir addımı dəstəkləməyə biləcəyini iddia ediblər.

Seçilən
10
1
azadmedia.az

2Mənbələr