AZ

Keniyalı jurnalist: WUF13-ün mövzusu bütün ölkələr və icmalar üçün davamlılığın təmininə xidmət edir

Bakı, 20 may, AZƏRTAC

WUF13-də ən çox diqqətimi çəkən məqam əsas mövzunun təhlükəsiz və dayanıqlı şəhərlərə həsr olunması oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən keniyalı jurnalist Muhoro Wamuyu söyləyib.

"Bu mövzu bütün ölkələr və icmalar üçün davamlılığın təmin edilməsinə xidmət edir. Düşünürəm ki, 13-cü sessiyada planetimizin daha yaxşı gələcəyi naminə mühüm və strateji nəticələr əldə olunacaq".

Müxbir - Elmir Səftərov
Operator - Mirrəsul Cəfərov
Seçilən
41
2
azertag.az

3Mənbələr