Ermənistan Rusiya ilə əməkdaşlıq ruhuna uyğun olmayan addımlar atıb.
Ermənistan hakimiyyəti son zamanlar Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna tamamilə zidd olan müəyyən davranışlar sərgiləyir.
Qaziler.az "izvestiya"ya istinadən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bunu 20 may tarixində xüsusi işçi qrupunun iclasında bildirib.
"Ölkə rəhbərliyinin son zamanlar Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan bir sıra addımlar atdığı heç kimə sirr deyil", - siyasətçi deyib.
O xatırladıb ki, 2025-ci ilin yazında Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) qoşulmaq yolunu qanunvericiliklə təsdiqləyib. Ölkə hazırda beynəlxalq forumlarda müntəzəm olaraq Aİ-nin mövqeyinə qoşulur.
Bundan əlavə, Rusiyaya qarşı düşmən olan bir neçə dövlət 2025-2026-cı illərdə Ermənistanın strateji tərəfdaşlarına çevrilib və onlarla təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün müqavilələr imzalayıb və birgə hərbi təlimlər keçirib, - "Gazeta.Ru" xəbər verir.
QAZİLER.AZ