AZ

Tramp Suriya prezidenti Şaraya ətir hədiyyə etdi

Suriya prezidenti Şara ABŞ prezidenti Trampın ona göndərdiyi ətir və qeydin şəklini sosial mediada paylaşaraq minnətdarlığını bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriya prezidenti Əhməd Şaraya hədiyyə olaraq ətir göndərib.

Aylar əvvəl Ağ Evdə iki liderin görüşü zamanı Tramp Şaraya ətir çiləyib hədiyyə etmişdi. Buna cavab olaraq Tramp Şaraya daha iki şüşə ətir hədiyyə etmişdi.

"Bəzi görüşlər iz buraxır; bizimkilər isə, görünür, xoş bir qoxu buraxıb. Cənab Prezident Donald Tramp, səxavətinizə və bu dəyərli hədiyyəni yenilədiyinizə görə təşəkkür edirəm. Qoy bu görüşün ruhu Suriya ilə ABŞ arasındakı münasibətləri gücləndirməyə davam etsin."

Aytən Yaşar/ Turkustan.az

Seçilən
38
turkustan.az

1Mənbələr