AZ

Britaniya radiosu səhvən III Çarlzın ölümünü elan edib

“Radio Caroline” yayımlanan yanlış məlumatdan sonra efiri müvəqqəti dayandırıb...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın “Radio Caroline” radiostansiyası Kral III Çarlzın öldüyü barədə həqiqətə uyğun olmayan məlumat yayıb. Bu barədə “The Independent” nəşri məlumat dərc edib.

Məlumata görə, yanlış xəbər efirə getdikdən sonra radiostansiya yayımı təxminən 15 dəqiqə müddətinə dayandırıb. Daha sonra aparıcılar yenidən efirə qayıdaraq dinləyicilərdən üzr istəyiblər.

Radiostansiya nümayəndələri bildiriblər ki, yanlış elan “kompüter xətası” səbəbindən səsləndirilib. Hadisənin texniki nasazlıq nəticəsində baş verdiyi qeyd olunub.

Qeyd edək ki, III Çarlz hazırda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hakim monarxıdır. Yanlış məlumat sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr