AZ

İndoneziyanın səhiyyə naziri ÜST rəhbərliyinə namizəd ola bilər

İndoneziyanın səhiyyə naziri Budi Gunadi Sadikin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti baş direktoru vəzifəsinə namizədliyi ilə bağlı yaxın vaxtlarda rəsmi açıqlama verilə biləcəyini bildirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, 79-cu Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində Cenevrədə jurnalistlərə danışan nazir qeyd edib ki, namizədlik fərdi qaydada deyil, dövlət tərəfindən təqdim olunmalıdır.

“Ölkə tərəfindən rəsmi məktub göndərildikdən sonra bunu təsdiqləyəcəyəm. Çünki ÜST-nin baş direktoru vəzifəsinə namizədlik fərdi müraciət deyil, dövlət təqdimatı əsasında həyata keçirilir”, – deyə o bildirib.

Keçmiş bankir olan Budi Sadikin əlavə edib ki, məsələ ilə bağlı İndoneziya Prezidenti Prabowo Subianto ilə də müzakirələr aparılıb.

Nazirin sözlərinə görə, prezident bu ehtimalı ölkə üçün mühüm beynəlxalq imkan hesab edir və “İndoneziyanın belə bir rol alması ilə qürur duyacağını” bildirib.

Qeyd edək ki, indiyədək heç bir indoneziyalı BMT-nin ixtisaslaşmış böyük qurumlarından birinə rəhbərlik etməyib.

Piranə Xasiyeva

Seçilən
40
qht.az

1Mənbələr