AZ

İrəvan çalxalanır: “Paşinyanın partiyasında Türkiyədə təhsil alanlar var”

Ermənistanda hakim partiya ilə bağlı yeni qalmaqallı ittihamlar səsləndirilib.

Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” siyasi qüvvəsinin nümayəndəsi Karapetyan seçkiqabağı təşviqat çərçivəsində İrəvanda jurnalistlərə açıqlamasında hakim “Vətəndaş Müqaviləsi” partiyasının bəzi üzvlərinin Türkiyədə təhsil aldığını bildirib.

Onun sözlərinə görə, həmin şəxslər bunu gizlətməyə çalışır və bu gün də Ankaranın təsiri altında qalırlar. Karapetyan iddia edib ki, bu vəziyyət Ermənistan-Türkiyə münasibətlərinin formalaşmasına birbaşa təsir göstərir.

Siyasətçi hüquq-mühafizə orqanlarının fəaliyyətini də tənqid edib. O bildirib ki, ölkədə cinayətkarlıq və narkotik dövriyyəsi artdığı halda, təhlükəsizlik strukturları əsas diqqəti müxalifət nümayəndələrinin təqibinə yönəldir.

Karapetyan əlavə edib ki, həbsxanalar cinayətkarlardan çox siyasi məhbuslarla doludur.

 

Musavat.com

Seçilən
42
2
musavat.com

3Mənbələr