AZ

“OpenAI” səhmlərini satışa çıxaracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OpenAI” səhmlərini satışa çıxaracaq.

Banco.az xəbər verir ki, “OpenAI” şirkəti yaxın günlərdə ilkin kütləvi təklif (IPO) üçün müraciət etmək məqsədilə investisiya bankları ilə hazırlıq işləri aparır.

“Wall Street Journal”a (WSJ) danışan məsələyə yaxın mənbələrin məlumatına görə, “Goldman Sachs” və “Morgan Stanley” kimi maliyyə qurumlarında çalışan bankirlər süni intellekt şirkətinə tənzimləyici qurumlara məxfi şəkildə təqdim edilməsi planlaşdırılan ilkin kütləvi təklif prospektinin layihəsinin hazırlanması ilə bağlı dəstək göstərirlər.

Bəzi mənbələr şirkətin müraciəti yaxın müddətdə, hətta cümə gününədək təqdim edə biləcəyini bildiriblər.

Mənbələrin sözlərinə görə, Sem Altman rəhbərlik etdiyi “OpenAI”ın məqsədi ilkin kütləvi təklif prosesini ən tez sentyabr ayında tamamlamaqdır. Bununla belə, planların hələ yekunlaşmadığı və dəyişə biləcəyi də qeyd olunub.

Şirkət bu həftənin əvvəlində həmtəsisçilərindən İlon Mask ilə apardığı hüquqi mübarizədə üstünlük qazanaraq ilkin kütləvi təklif prosesinin qarşısındakı mühüm maneələrdən birini aradan qaldırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
42
1
banco.az

2Mənbələr