Türkiyəli müğənni Haluk Levent xəstəxanalıq olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin Eskişehirdəki konsertindən sonra AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) rəsmiləri ilə görüşə gedərkən halı pisləşib.
Dərhal Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılan müğənninin mədə qanaxması keçirdiyi məlum olub və reanimasiyaya yerləşdirilib.
Xəstəxanadan onun vəziyyətinin nəzarət altında olduğu bildirilib.