AZ

Sərin hava, bir də təbii örtük! “Qəbələ” pley off ilə bağlı istəklərini açıqladı

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Mayın 28-də premyer-liqada 11-ci yeri tutan komanda ilə 1-ci liqanın ikincisi pley-off oyununa çıxacaq.“Qəbələ” üçün oyunun keçiriləcəyi şəhərin, günün fərqi varmı? Klubun idman direktoru Səbuhi Səfiyarlı “Football-plus.az”ın sualını cavablayıb:

“Oyunun hansı şəhərdə olacağının bizim üçün əhəmiyyəti yoxdu. Mayın sonunda hava isti olur, istəyərdik ki, oyun axşam saatlarında, sərin havada keçirilsin. Bir də təbii meydançada olsa, daha yaxşıdı, zədə ehtimalı azalar. PFL ilə rəsmi olmasa da, bu barədə söhbət etmişik”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
icma.az

2Mənbələr