ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
"Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması ilə bağlı işlər görəcək.
BAKU.WS-in məlumatına görə, işlər çərçivəsində Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi, Sos kəndi, eləcə də Ağdərə və Xocalı rayonlarının bir sıra kəndlərinin elektrik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 15 milyon 400 min manatdan çoxdur. Satınalma Ağdərə rayonunun Vəngli, Çıldıran, Heyvalı, Kolatağ, Qozlu, Qozlukörpü və Həsənriz kəndlərində xarici və daxili elektrik şəbəkələrinin qurulmasını əhatə edir. Buraya elektrik xətlərinin çəkilməsi, enerji təminatı sistemlərinin yaradılması və yaşayış məntəqələrinin dayanıqlı elektriklə təmin olunması daxildir.
Qeyd edək ki, layihənin həyata keçirilməsi bölgədə yaşayış şəraitinin yaxşılaşmasına, infrastrukturun bərpasına və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına mühüm töhfə verəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.