AZ

Həddindən artıq şirniyyat istəyinin arxasındakı gizli səbəb:"Duyğusal aclıq"

Beynəlxalq qidalanma psixoloqlarının keçirdiyi genişmiqyaslı tədqiqat, insanların şəkərli qidalara olan qarşısıalınmaz meylinin fiziki aclıqla deyil, tamamilə emosional boşluqlarla bağlı olduğunu sübut edib.

Redaktor.az xəbər verir ki, araşdırmalar bədənin maqnezium və xrom kimi bəzi mineral çatışmazlıqları zamanı şirniyyat tələb etdiyini göstərsə də, qəfil gələn şokolad və ya şirniyyat böhranlarının əsl səbəbi bədənin "xoşbəxtlik hormonu" (serotonin) axtarışıdır. Beyin tənhalıq, sıxıntı, gizli qəzəb və ya iş stressi ilə qarşılaşdıqda, ən qısa yoldan dopamin (həzz hormonu) ifraz etmək üçün insanı şəkərli qidalara yönəldir.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu zənciri qırmadıqda bədəndə insulin dirənci yaranır və bu da xroniki depressiya riskini 40% artırır. Pəhriz mütəxəssisləri şirniyyat böhranı gəldiyi an dərhal yemək əvəzinə, 10 dəqiqə piyada gəzməyi və ya bir stəkan ilıq su içməyi məsləhət görürlər; çünki real emosional dalğalanma cəmi 10-15 dəqiqə çəkir.

Xədicə BAXIŞLI

Seçilən
15
1
redaktor.az

2Mənbələr